00:00:00
Yazar
Səadət Əlizadə
26.11.2026 22:16 180 1 dəq oxuma
Maraqlı

Pele-üç dünya çempionluğu qazanan futbol kralının hekayəsi

Pele-üç dünya çempionluğu qazanan futbol kralının hekayəsi

Futbol tarixində adını əbədi yaşadan əfsanələrdən biri- Pele. Braziliyalı futbolçu təkcə vurduğu qollarla deyil, meydanda yaratdığı sehr və qazandığı uğurlarla milyonların yaddaşında iz qoyub. O, üç dəfə Dünya Kubokunu qazanan yeganə futbolçu kimi tarixə düşüb.


 

17 yaşında 1958-ci ildə İsveçdə keçirilən Dünya Çempionatında çıxış edən Pele turnirin ən parlaq simalarından birinə çevrilib. Finalda İsveçə qarşı iki qol vuraraq Braziliyanın 5:2 hesablı qələbəsində mühüm rol oynayıb. Bu uğur onun dünya futbolunda tanınmasına yol açıb.

 

1962-ci ildə Çilidə keçirilən mundialda Braziliya yenidən çempion olub. Pele turnirin əvvəlində zədələnərək oyunların çoxunu buraxsa da, komanda ikinci dünya titulunu qazanıb. 1970-ci ildə Meksikada keçirilən Dünya Çempionatında isə Pele yenidən zirvəyə qayıdıb. Braziliya finalda İtaliyanı 4:1 məğlub edərək üçüncü dəfə kuboku qazanıb.

 

Pele 2022-ci ildə 82 yaşında dünyasını dəyişsə də, onun adı futbolun ən böyük simvollarından biri olaraq qalır. “Futbol kralı” ləqəbi ilə tanınan Pele, yalnız qazandığı titullarla deyil, oyuna gətirdiyi yeniliklər və yaratdığı xatirələrlə də futbol tarixinin unudulmaz simasına çevrilib.

 


Aysu Abbasova

#baki #dünya #pele-üç #azərbaycan #çempionluğu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər