Pentaqon debatda Baydenin yalanlarını etiraf edib
ABŞ prezidenti Co Bayden debat zamanı yalan danışaraq özünü amerikalı əsgərlərin ölmədiyi ilk lider adlandırıb. "İnformator.az" RİA Novosti- yə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib .
Brifinq zamanı jurnalistlər Sinqhdən Baydenin sözlərinin doğruluğu barədə bir neçə dəfə soruşdular. Əvvəlcə Pentaqon nümayəndəsi Ağ Evlə əlaqə saxlamağı məsləhət görsə də, üçüncü cəhddə Amerika liderinin yalanını etiraf etdi.
Sinq: "Sizin xəbər verdiyiniz kimi, bu administrasiya zamanı şübhəsiz ki, hərbi ölümlər olub".
Bayden və Tramp arasında debat Moskva vaxtı ilə iyunun 28-nə keçən gecə baş tutub . İştirakçılar söhbətdən 20 dəqiqə sonra şəxsi təhqirlərə keçiblər. Müzakirələr başlamazdan əvvəl keçmiş və indiki prezidentlər əl sıxmayıblar.
Qərb mediasının müşahidəçiləri debatı “Bayden üçün fəlakət” kimi qiymətləndiriblər. Vitse-prezident Kamala Harris günü xilas etməyə çalışaraq bildirib ki, amerikalılar onun çıxışlarına deyil, ölkə üçün görülən bütün işlərə diqqət yetirməlidirlər.
