00:00:00
Yazar
Admin User
14.11.2025 15:57 255 3 dəq oxuma
Siyasət

Pentaqon hərbi əməliyyat planlarını təqdim edib

Pentaqon hərbi əməliyyat planlarını təqdim edib

Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-yə məxsus freqat gəmiləri Karib dənizinə daxil olub:

 

“Artıq bir neçə gündür ki, ABŞ israrla Venesuelaya hərbi müdaxilə etmək istəyir. Artıq proses başlayıb. ABŞ-yə məxsus böyük hərbi freqat gəmiləri Karib dənizinə daxil olub. ABŞ Venesuela hökumətini narkotik kartellərinə dövlət səviyyəsində yardım etməkdə ittiham edir. Bu ittihamlarla bağlı ABŞ Hərbi Hava Qüvvələri Venezuela tərəfinə məxsus bir neçə kater və gəmiləri məhv edib. Həmin əməliyyat nəticəsində xeyli sayda Venezuela vətəndaşı həlak olub. Venesuela isə ABŞ-ni ölkənin daxili işlərinə qarışmaqda və Maduro hakimiyyətini devirmək cəhdində günahlandırır. Maduro hökuməti bildirir ki, narkotik kartelləri ilə dövlət səviyyəsində heç bir əlaqə yoxdur. Hətta yaxın günlərdə Maduro ABŞ Prezidenti Trampa xoş sözlər deyərək onu “sülh carçısı” adlandırmışdı. Bütün bunlara baxmayaraq, ABŞ-nin hərbi rəhbərlərindən biri “Cənub nizəsi” adlı əməliyyatın başladığını bəyan edib. Bu əməliyyat, əslində, ABŞ-nin Venezuelaya hərbi müdaxiləsinin aktiv fazaya keçdiyini göstərir. Putinlə Tramp arasında iki saat yarımlıq görüşün təxminən bir saat yarımı Ukrayna məsələsinə həsr olunub.ABŞ Rusiyanın bəzi şirkətlərinə , xüsusilə də “Rosneft” və “Lukoil”a sanksiyalar tətbiq etsə də, tərəflər münasibətləri yumşaltmağa çalışırlar. Buna görə də Rusiya Venezuelanı tam şəkildə müdafiə etmək istiqamətində sərt addımlar atmayacaq, yalnız texniki və məhdud hərbi yardım göstərəcək. Çinə gəlincə, Çin son günlərdə Venezuelasına hərbi texnika göndərir. Hətta amfibiya tipli yeni tanklar belə təqdim olunub və artıq Venezualada istifadə edilir”.


Ekspert həmçinin bununda bildirib ki, son vaxtlar Çin və ABŞ rəsmiləri arasında aparılan müzakirələr nəticəsində tərəflər bəzi rüsumlarla bağlı razılıq da əldə ediblər:


“ABŞ Çin məhsullarına tətbiq etdiyi bəzi gömrük rüsumlarını 10%-ə endirib. Tramp bu görüşdən əvvəl Tayvana ayrılan 450 milyon dollarlıq hərbi yardım paketini dayandırmışdı ki, Çin kəskin reaksiya göstərməsin. Tayvan məsələsinə görə Çin də ABŞ-yə qarşı sərt addım atmaq istəmir. İran da Venezualaya müəyyən hərbi texnika, o cümlədən dronlar göndərir. Amma İranın da ABŞ-yə qarşı açıq şəkildə addım atacağı gözlənilmir. Yaxınlarda, 2025-ci il Nobel Sülh Mükafatı venezuellalı bir qadın hüquq müdafiəçisinə təqdim olunub. Bu da ölkədə müxalifətin mövcudluğunu və müəyyən dəstək qazandığını göstərir. ABŞ isə maraqlıdır ki, Maduro rejimi devrilsin, ölkədə demokratik sistem qurulsun və Venezuela Vaşinqtonun təsir dairəsinə daxil olsun. Çünki Venezuelanın həm mineral, həm də çox böyük neft ehtiyatları var. ABŞ həmin əraziyə nəzarət etsə, qlobal neft qiymətlərinə ciddi təsir göstərmək imkanları da artar. Hazırda ABŞ-yə məxsus böyük neft şirkətləri artıq Venezuela ərazisində fəaliyyətlərini bərpa edib. Əlavə olaraq demək lazımdır ki, ABŞ-nin ən böyük təyyarədaşıyan gəmilərindən biri,Gerald Ford artıq Venesuela sahillərinə yaxın məsafədə, Karib dənizində yerləşdirilib. Böyük ehtimalla son günlər baş verən 16 hücum məhz həmin gəmidən həyata keçirilib. Bu hücumlar zamanı həm Venezuela, həm də Kolumbiya sahillərinə zərbələr endirilib və nəticədə təxminən 65 Venesuela vətəndaşı həlak olub. Zərbələrin məhz Gerald Ford gəmisindən açıldığı bildirilir. Bir məsələni də qeyd edək ki, ABŞ-nin ənənəvi hərbi və strateji müttəfiqi olan Böyük Britaniya bu dəfə ABŞ-nin təklifinə qoşulmaqdan imtina edib. London Vaşinqtonun Venesuelaya qarşı birgə hərbi əməliyyat təklifini qəbul etməyib. Britaniya rəsmiləri Trampa bildiriblər ki, “Biz başa düşmürük, nə üçün Venezuelaya hücum etmək istəyirsiniz. Əgər məqsədiniz narkokartellərlə mübarizədirsə, onda kartelləri hədəf alın. Hərbi müdaxilə nəyə lazımdır?”

 

Beləliklə, Böyük Britaniya ABŞ-ni Venesuelaya hərbi müdaxilə qərarına görə tənqid edib və bu əməliyyata qoşulmayacağını açıq şəkildə bildirib”.

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər