00:00:00
Yazar
Admin User
10.10.2025 18:35 91 2 dəq oxuma
Dünya

Peruda yeni Prezident Jose Jeri hökumət formalaşdırmağa başlayıb

Peruda yeni Prezident Jose Jeri hökumət formalaşdırmağa başlayıb

 

Perunun yeni Prezidenti Xose Jeri vəzifəyə başladıqdan dərhal sonra ölkədə artan cinayətkarlıq və korrupsiya hallarına görə yaranan ictimai narazılığı azaltmaq məqsədilə yeni hökumətin tərkibini formalaşdırmağa başlayıb.

 

Jeri 19 nəfərlik yeni kabinetini yaratmaq üzərində işləyir. Bu, onun üçün ölkədə sabitliyi bərpa etmək baxımından mühüm sınaq hesab olunur.

38 yaşlı Jeri keçmiş prezident Dina Boluartenin vəzifədən azad edilməsindən sonra postuna yiyələnib. Boluarte cəmiyyətdə artan narazılıq və cinayət hadisələrinin çoxalması fonunda “mənəvi bacarıqsızlıq” ittihamı ilə vəzifədən uzaqlaşdırılıb.

 

İctimai narazılıq, ölkənin tanınmış kumbyа qrupuna hərbi hissəyə məxsus ərazidə keçirilən konsert zamanı hücum edildikdən sonra pik həddə çatıb. Ardınca parlament Boluartenin impiçmenti ilə bağlı bir neçə təklif təqdim edib.

 

Mühafizəkar siyasətçi olan Xose Jeri əvvəllər də cinsi təcavüz ittihamı və korrupsiya iddiaları ilə gündəmə gəlib, lakin o, bütün bu iddiaları rədd edib. O, 2016-cı ildən bəri Perunun yeddinci prezidenti olub. Son doqquz ildə ölkə rəhbərlərinin əksəriyyəti qalmaqallar səbəbindən ya istefa verib, ya da vəzifədən kənarlaşdırılıb.

Paytaxt Limada alış-veriş edən sakin Edvar Sandoval bildirib:
“Prezident Jeri ilə bağlı da böyük ümidimiz yoxdur, amma təəssüf ki, ölkəni idarə edəcək başqa kimsə yoxdur. Allah bizə kömək etsin".

Xose Jeri isə çıxışında birliyə çağıraraq xalqa üzrünü vəd edib:
“Buraxılmış hər hansı səhvlərə görə bağışlanmağınızı istəyirəm. Bütün perululara söz verirəm ki, empatiya və qarşılıqlı anlayış üzərində barışıq yaradan bir ölkənin təməlini qoyacağıq".

Jeri, prezident postuna gəlməzdən əvvəl parlamentin sədri olub və iyulda başa çatacaq mövcud prezidentlik müddətini tamamlayacaq. Ölkədə növbəti ümumi seçkilər gələn ilin aprelində keçiriləcək.

 

Reuters
Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər