Peskov: Avropa ölkələri Rusiya tədarükü olmadan da qaz almaq yolu tapa bilər
Rusiya Avropa İttifaqına (Aİ) qaz satmağı dayandıracağı təqdirdə, Avropa ölkələri yanacaq almaq üçün yol tapa biləcəklər.
"İnformmator.az" xəbər verir ki, bu ssenarini Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində istisna etməyib.
Avropanın Rusiya tədarükündən imtina edəcəyi təqdirdə qaz almaq üçün üsul tapıb-tapmayacağı barədə danışan Kreml rəsmisi bildirib:
"Əlbəttə, bunu istisna etmək olmaz. Avropa qitəsində və Yaxın Şərqdə o qədər qazın mayeləşdirilməsi müəssisələri var ki, bu proses və spot bazarı canlı orqanizm kimi yaşayır".