00:00:00
Yazar
Admin User
10.06.2025 10:54 168 1 dəq oxuma
Dünya

Peskov Ukrayna ilə cəsəd mübadiləsindən danışıb

Peskov Ukrayna ilə cəsəd mübadiləsindən danışıb

"Ukraynanın İstanbul razılaşmaları çərçivəsində nə qədər rusiyalı əsgərin cəsədini təhvil verəcəyi ilə bağlı hələlik yekun anlayış yoxdur. Hazırda rəqəmlər müqayisə edilir".

 

“İnformator.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə çıxışı zamanı deyib.

 

Peskov jurnalistlərin Ukraynanın Rusiyaya təhvil verəcəyi cəsədlərin dəqiq sayının məlum olub-olmadığı ilə bağlı sualı cavablandırıb.

"Yekun anlaşma olan kimi ümid edirik ki, cəsədlərin mübadiləsi aparılacaq", - deyə o bildirib.

 

Kreml nümayəndəsi əlavə edib ki, Rusiya nümayəndə heyəti Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin cəsədlərini Ukraynaya təhvil vermək üçün bir neçə gündür Bryansk vilayətində sərhəddədir. Onun sözlərinə görə, Rusiya vasitəsilə 6 min əsgərin cəsədindən söhbət gedir.

 

Dmitri Peskov qeyd edib ki, həlak olan ukraynalı əsgərlərin cəsədləri artıq günlərdir sərhəddədir və Kiyevə təhvil vermək üçün hər şey hazırdır.

"Təmaslar həyata keçirilir, hələ ki, başqa hər hansı konkret məlumat verə bilmərik", - deyə o vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər