Peskov Ukrayna ilə gələcək sülh sazişi üzrə memorandumdan danışıb
"Ukrayna ilə gələcək sülh sazişi üzrə memorandum üzərində iş dinamik şəkildə davam edir".
“İnformator.az” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən deyib.
"Heç kim prosesin gecikdirilməsində maraqlı deyil, hər şey dinamik işləyir. Biz sizi məlumatlandıracağıq", - deyə Peskov bildirib.
Bununla belə, o qeyd edib ki, bu işin çox hissəsi məlum səbəblərə görə ictimaiyyətə açıqlanmamalıdır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 19-da ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Moskvanın Kiyevlə gələcək sülh sazişi üzrə memorandum üzərində işləməyə hazır olduğunu bəyan edib, bu memorandum, həmçinin atəşkəs və münaqişənin nizamlanması prinsiplərini də əhatə edəcək.