Peskov: Vuçiç vasitəsilə Zelenskiyə heç bir mesaj göndərməmişik
Moskva Serbiya Prezidenti Aleksandar Vuçiç vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə heç bir mesaj göndərməyib.
"İnformator.az" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə brifinqdə jurnalistlərin sualını cavablandırarkən danışıb.
"Xeyr, biz heç bir mesaj ötürməmişik", - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Kiyevə səfər edib.