Peter Siyarto Ukraynanı ittiham edib
Son zamanlar biz Ukrayna məxfi xidmət orqanlarının Macarıstanda daha aktiv casusluq fəaliyyəti ilə qarşılaşırıq.
“İnformator.az” xəbər verir ki, bunu Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra keçirilən mətbuat konfransında Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.
Peter Siyarto qeyd edib ki, Ukrayna beynəlxalq səviyyədə də anti-macar təbliğatı aparır: “Ukraynanın belə əməllərinə qarşı Macarıstanın suverenliyini müdafiə edəcək, Macarıstanın şərəfini qoruyacağıq”.