Pezeşkian: “Amerikalı sərmayədarlara etiraz yoxdur, lakin rejim dəyişikliyinə qarşıyıq”
İran Prezidenti Məsud Pezeşkian çərşənbə günü çıxışı zamanı bildirib ki, İran ABŞ sərmayəsinə qarşı deyil, lakin rejim dəyişikliyinə və xarici müdaxilələrə qəti şəkildə etiraz edir.
Pezeşkianın sözlərinə görə, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi amerikalı sərmayədarların ölkəyə daxil olmasına etiraz etmir:
“Liderin ölkədə amerikalı investorların olmasına etirazı yoxdur”, – deyə Pezeşkian dövlət televiziyasında yayımlanan çıxışı zamanı qeyd edib.
O, bununla yanaşı vurğulayıb ki, Vaşinqtonun Tehranı siyasi rejimi dəyişdirməyə yönəlmiş siyasətləri “qüsurlu sui-qəsdlər” kimi qiymətləndirilir və bu cür yanaşmalar İranda rədd edilir.
İran və ABŞ arasında 1980-ci ildən diplomatik münasibətlər olmasa da, tərəflər arasında dolayı danışıqların növbəti mərhələsi şənbə günü Omanda baş tutacaq. Bildirilir ki, bu görüşlər ABŞ Prezidenti Donald Trampın martın 7-də ünvanladığı məktubdan sonra gündəmə gəlib. Məktubda Vaşinqton Tehranı nüvə danışıqlarına qayıtmağa çağırıb, əks halda hərbi tədbirlərin mümkünlüyü barədə xəbərdarlıq edib.
İran tərəfi isə dolayı müzakirələrə açıq olduğunu, lakin ABŞ-nin “maksimum təzyiq” siyasəti davam etdiyi müddətcə birbaşa danışıqları qeyri-mümkün hesab etdiyini bildirib.
Pezeşkian yekunda qeyd edib ki, İran dialoqa qarşı deyil, amma etimad zəminində olmayan birbaşa təmaslara da hazır deyil.
ANEWZ
Gülhüseynova Güllər