00:00:00
Yazar
Admin User
20.10.2025 13:46 507 1 dəq oxuma
Dünya

Pezeşkian ilin sonuna qədər Qazaxıstana səfər edəcək

Pezeşkian ilin sonuna qədər Qazaxıstana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian ilin sonuna qədər Qazaxıstana rəsmi səfər edəcək. İran XİN rəhbərinin müavini Səid Xətibzadənin sözlərinə görə, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq müqaviləsi imzalanacaq.

 

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı“İnformator.az”a açıqlamasında qeyd edib ki, Qazaxıstan Avrasiyada regional əməkdaşlıq və inteqrasiyanı ən çox dəstəkləyən ölkə olmuş və geosiyasi baxımından inteqrasiya üçün əlverişli mövqeyə malikdir:

 

“Yeni nəqliyyat, kommunikasiya, enerji və ticarət əlaqələrinin inkişafı ilə Qazaxıstan Avropa, Şərqi Asiya və hətta Cənubi Asiya arasında tranzit mərkəzinə çevrilib. İran Qazaxıstan üçün birinci dərəcəli əhəmiyyətli tərəfdaş deyil, amma hər iki dövlətin münasibətləri, iqtisadi-siyasi tərəfdaşlığı yüksəlmək üçün xeyli səbəbləri var. İran Qazaxıstana Fars Körfəzinə çıxması üçün lazımdır, həmçinin İranla Xəzər dənizi ilə bağlı məsələlərdə əməkdaşlıq əldə olunub. Eyni zamanda Qazaxıstan İranla ona qarşı elan edilən sanksiyalar zamanı münasibətlərini davam etdirən ölkə kimi Tehranın diqqətini cəlb edir. İran-Qazaxıstan münasibətlərinin inkişafına hələ keçmiş prezident İbrahim Təisi dövründə start verilib. Bu gün yaranmış yeni geopolitik düzən bu münasibətləri daha da irəli aparmağı zəruri edir. Qazaxıstan İran yaxınlaşması ancaq bölgənin iqtisadi inkişafına töhvə verə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər