Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib.
"İnformator.az" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Yerlərdə var gücü ilə çalışan və öz çevik hərəkətləri, cəsarəti, fədakarlığı ilə heyrətamiz iş görən Qırmızı Aypara humanitar təşkilatlarının fədakar könüllülərinə və əməkdaşlarına minnətdaram", - Pezeşkian qeyd edib.
O, ABŞ və İsrailin zərbələrinə məruz qalan ərazilərdə Qızıl Aypara Cəmiyyətinin axtarış-xilaetmə işlərini yüksək qiymətləndirib.