Pezeşkiandan beynəlxalq səhiyyə təşkilatlarına hərəkətə keçmə çağırışı
Məsud Pezeşkian Tehrandakı Paster İnstitutunun ABŞ-İsrail tərəfindən hədəf alınmasına münasibət bildirərək deyib:
“Dünya Səhiyyə Təşkilatını, Qızıl Xaçı, Sərhədsiz Həkimləri və dünyadakı bütün həkimləri bu insanlıq cinayətinə qarşı hərəkətə keçməyə çağırıram”.
Pezeşkian X sosial media platformunda ölkəsinə qarşı ABŞ və İsrail hücumları ilə bağlı açıqlama verib.
“Xəstəxanalara, dərman şirkətlərinə və tibbi tədqiqat mərkəzi olan Paster İnstitutuna edilən hücum hansı mesajı verir?” deyən Pezeşkian əlavə edib:
“Bir həkim olaraq, Dünya Səhiyyə Təşkilatını, Qızıl Xaçı, Sərhədsiz Həkimləri və dünyadakı bütün həkimləri bu açıq insanlıq cinayətinə qarşı hərəkətə keçməyə çağırıram”.
TRT XƏBƏR
Lalə Qurbanlı