00:00:00
Yazar
Admin User
12.11.2025 16:35 126 2 dəq oxuma
Siyasət

Pilotsuz uçuş aparatları müharibəni necə dəyişir

Pilotsuz uçuş aparatları müharibəni necə dəyişir

Pilotsuz uçuş aparatları (PUA/dronlar) müasir döyüş əməliyyatlarının əsas elementinə çevrilib və hərbi strategiyaları, taktikanı və müdafiə sənayəsini kökündən dəyişir.

 

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov “İnformator.az”a bildirib ki, pilotsuz uçuş aparatları müasir hərbi əməliyyatların prioritet vasitəsinə çevrilib:

 

“21-ci əsrdə hərbi əməliyyatların mahiyyəti dəyişir. Ənənəvi zirehli texnika və kütləvi tank hücumları hələ də mövcud olsa da, zərbə dronları və PUA-lar döyüş meydanında strateji üstünlük yaradır. Dronların geniş tətbiqi hərbi taktikaların yenidən formalaşmasına səbəb olub. Ölkələr indi əməliyyatların hava komponentlərini və uzaqdan zərbə imkanlarını əsas götürərək doktrinalarını yeniləyirlər. Dronların tətbiqi həm üstünlüklər, həm də ciddi problemlər doğurur. Dronlar real vaxt kəşfiyyatı, dəqiq nişangahlama və az riskli zərbələr təmin edir. Bu vasitələr sayəsində kiçik büdcəli qüvvələr belə taktiki təsir göstərə bilir. Məsələn, 2020-ci ildə Qarabağ münaqişəsində PUA-ların istifadəsi Azərbaycan tərəfinə taktiki üstünlük qazandırdı. Dronların geniş yayılması regional güc balansını dəyişə, hibrid və proxy müharibə formalarını gücləndirə bilər. Avtonom və ya yarı-avtonom sistemlərin istifadəsi zamanı mülki zərər riskləri artır. Münaqişə zonalarında dronların vurduğu hədəflər arasında jurnalistlərin və təxliyə qruplarının zərər görməsi kimi halların olması beynəlxalq humanitar hüququn tətbiqində ciddi problemlər yaradır. Dron texnologiyasına qarşısını almaq məqsədilə yeni müdafiə vasitələri, elektron mübarizə sistemləri və beynəlxalq hüquqi mexanizmlər hazırlanmalıdır. Gələcəkdə uğurlu müdafiə strategiyaları elektron kəsici sistemlər, lazer və xüsusi radar texnologiyalarının tətbiqi ilə qurulacaq. Eyni zamanda beynəlxalq hüquq və əməliyyat qaydaları yenilənməlidir ki, mülki əhali qoruna bilsin və məsuliyyət aydın olsun".

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər