Pilotsuz uçuş aparatlarını müharibədə məhz birinci biz tətbiq etmişik
Prezident İlham Əliyevin bu fikri Azərbaycanın müasir hərb tarixində mühüm mərhələdir. 2020-ci il Vətən müharibəsində PUA-ların tətbiqi Azərbaycan Ordusuna döyüş meydanında texnoloji üstünlük qazandırdı.
Mövzu ilə bağlı “İnformator.az”a açılamasında politoloq Turan Rzayev bildirib ki, həqiqətən də 44 günlük İkinci Qarabağ müharibəsi və ardınca lokal xarakterli anterror əməliyyatlarını spesifik xarakterizə etdikdə, qələbəni bizə gətirən ən böyük amillərdən birinin heç şübhəsiz ki, pilotsuz uçuş aparatları texnologiyalarından və ümumiyyətlə, bu qurğulardan istifadəsi idi:
"Aydın məsələdir ki, Azərbaycan müharibəyə qədər arsenalına Bakıda İsrail və Türkiyə istehsalı olan Harop və bayraqdar tipli müxtəlif təyinatlı pilotsuz uçuş aparatları gətirmişdi, yəni cəlb etmişdi, hətta bilinməz çox bilinmirdi. Bu ən böyük, bəlkə də hərbi sirlərdən biri idi. Amma faktiki olaraq arsenalımızda ciddi bir pilotsuz uçuş armadası tətbiq edilib, yəni var idi və biz müharibədə, belə deyək də, mövcud itkilərimizin əslində kifayət qədər ümumi və total müharibə kontekstində çox az idi. Təbii ki, bizim bu itkilərimizin miqyasını ki, ümumi müharibələrdə itkilərə baxdıqda Azərbaycanın bu müharibədə itkisi minimum həddə idi və bunun ən böyük səbəbi də məhz bu texnologiyalardan istifadə idi. Həqiqətən də biri var canlı qüvvə ilə tankla, topla döyüşəsən biri də var ki, pilotsuz uçuş aparatları döyüşmək o dövr üçün Ermənistanın hazır olmadığı bir şey idi. Yəni biz Ermənistanın gözləmədiyi bir taktika nədir? Quru əməliyyatları başlasa da, heç vaxt Ermənistan havadan belə bir hücum gözləmirdi və artıq çarəsiz vəziyyətdə qalmışdılar. Bu, texnoloji üstünlük idi“.
Reyhan Quliyeva
