00:00:00
Yazar
Admin User
20.06.2025 13:23 104 1 dəq oxuma
Dünya

Planlaşdırdığımız sürətlə irəliləyirik

Planlaşdırdığımız sürətlə irəliləyirik

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Fordo da daxil olmaqla İranın bütün nüvə obyektələrinə hücumlar həyata keçiriləcək. O, İsrailin məqsədinin İranın nüvə və ballistik imkanlarını məhv etmək olduğunu vurğulayıb. İranın raket buraxılış qurğularının yarısının İsrailin hücumları nəticəsində sıradan çıxarıldığını iddia edib.

 

Netanyahu bu fikirləri İsrailin dövlət televiziyası “Kan”a verdiyi xüsusi müsahibə zamanı səsləndirib.

O, artıq bir həftədən çoxdur davam edən İranla müharibə barədə diqqətçəkən açıqlamalar verib.

İsrail ordusunun qoyduğu hədəflərə gözləniləndən daha sürətlə çatdığını qeyd edən Netanyahu, İranın raket buraxılış qurğularının yarısının məhv edildiyini bildirib.

 

“Əsas məsələ onların neçə raketə malik olduqları deyil. Bu raketləri buraxmaq üçün neçə buraxılış qurğusunun qaldığıdır”, – deyə o vurğulayıb.

 

Netanyahu əlavə edib ki, İsrailin iki əsas hədəfi var: İranın nüvə proqramının və ballistik imkanlarının inkişafını dayandırmaq.

 

“İlk məqsədimiz onların nüvə proqramını durdurmaq və təhlükə yaratmalarının qarşısını almaqdır. İkinci məqsədimiz isə ballistik imkanlarının inkişafına mane olmaqdır. Rejimin artıq sabit olmadığı açıq-aşkardır. Biz hökumətə bağlı obyektlərə və güc mərkəzlərinə zərbələr endiririk. Televiziya kanalına hücumu gördünüz, bununla bitmir – ardı gələcək. İranda heç kim toxunulmaz deyil. Atılan addımlar verilən bəyanatlardan daha təsirlidir”, – deyə Netanyahu bildirib.

 

HABER GLOBAL 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər