Pəncə-Kilid bölgəsində 9 PKK terrorçusu zərərsizləşdirildi
Milli Müdafiə Nazirliyindən verilən açıqlama belədir:
"Biz şəhidlərimizin qanını yerdə qoymamışıq, yerdə qoymayacağıq! İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Biz terroru mənbəyində yox etmək əzmindəyik!".
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyildi:
"PKK/YPG terrorçularını Suriyanın şimalındakı səngərlərdə basdırmağa davam edirik! Qəhrəman Türk Silahlı Qüvvələrimiz Fərat Qalxanı bölgəsində 8 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək".
Mənbə: CNN Türk
Nərmin Həşimova