Pokrovsk mühasirədə deyil, Minoqrad mühasirə riski altındadır
Pokrovsk mühasirəyə alınmayıb, Minoqrad şəhəri mühasirə riski altındadır.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” analitik monitorinq layihəsi məlumat verib.
Qeyd olunub ki , rus işğalçılarının Pokrovska sızması davam edir, burada şəhərin demək olar ki, hər bir nöqtəsində rus hərbçiləri müəyyən edilir və məhv edilir:
“Ruslar piyadalara kömək edən və eyni zamanda Ukrayna qoşunlarının irəliləməsinə və ümumilikdə hər hansı maddi-texniki təminatın yaradılmasına əsas maneə olan öz pilot ekipajlarını fəal şəkildə cəlb edir.
Eyni zamanda, düşmən logistikanı daha güclü atəşə tutmaq üçün minaatanları ora yerləşdirməyə çalışır”.