Pokrovskun itirildiyini qışqıran adam haradadır?
Pokrovskın guya itirildiyi və ya Rusiya qoşunları tərəfindən mühasirəyə alındığı iddialarının yayılması Ukrayna döyüşçülərini ruhdan salır və müdafiəyə zərər verir.
"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol deyib.
“Pokrovsk ərazisində hərbi əməliyyatlar barədə şayiələr mediada fəal şəkildə yayılır və bəzən şəhərin artıq ələ keçirildiyi iddia edilir. Bu cür "xəbərlər" müdafiədə birbaşa iştirak edən hərbçilər arasında çaşqınlıq və suallar yaradır. Mən hərbçiyəm və niyə belə etdiyinizi başa düşmürəm. Əsgərlərimizə, müdafiədə olan komandirlərə təsir edirsiniz. Pokrovskun itirildiyini qışqıran adam haradadır? Üzr istədi, yoxsa hələ də üzr istəməlidir? Biz müharibədəyik və bu hərəkətlərinizlə zərər verirsiniz”, - Apostol bildirib.