00:00:00
Yazar
Admin User
01.07.2025 18:31 124 1 dəq oxuma
Dünya

Polşa Ali Məhkəməsi prezident seçkilərində Navrotskinin qələbəsini təsdiqləyib

Polşa Ali Məhkəməsi prezident seçkilərində Navrotskinin qələbəsini təsdiqləyib

Polşa Ali Məhkəməsi 18 may və 1 iyun tarixlərində iki turda keçirilən prezident seçkilərinin nəticələrini təsdiqləyib.


"İnformator.az" xəbər verir ki, bu barədə TVP Info telekanalı məlumat yayıb.

 

Nəticələrə əsasən, müxalifət namizədi Karol Navrotski qalib gəlib. Bu barədə Ali Məhkəmənin seçki nəticələrinin təsdiqlənməsinə məsul olan Fövqəladə Nəzarət və İctimai İşlər Palatasının hakimi Kşiştof Vyak bildirib.

 

"Ali Məhkəmə 1 iyun 2025-ci il tarixində Karol Tadeusz Navrotskinin Polşa Respublikasının prezidenti vəzifəsinə seçilməsinin qanuniliyini təsdiqləyir", - deyə o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər