Polşa Belarusla sərhəddə elektron sədd çəkməyə başlayıb
Polşa Belarusla sərhədə yaxın Svisloch və İstoçanka çaylarında elektron sədd çəkir. RMF24 müxbirinin verdiyi məlumata görə, tikinti sahələrinə xüsusi dirəklər gətirilməyə başlanılıb.
"Bu dirəklərdə Belarusdan Polşaya hərəkəti izləməyə kömək edəcək elektron qurğular quraşdırılacaq", - nəşr yazır. Şlaqbaumun uzunluğu 47 kilometr olacaq. Bundan əlavə, fiziki sərhəd hasarının gücləndirilməsi ilə bağlı məsləhətləşmələr davam edir.
Qeyd edək ki, mayın 15-də Polşa məhkəməsi Varşavanın siyasətinə etiraz olaraq Belarusa qaçan hakim Tomaş Şmidti üç ay müddətinə qiyabi həbs edib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
