00:00:00
Yazar
Admin User
19.05.2025 08:08 200 1 dəq oxuma
Siyasət

Polşa İspaniyadan Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə edib

Polşa İspaniyadan Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə edib

 

Polşa gömrük orqanları İspaniyadan Azərbaycana göndərilən və Belarusla Rusiya üzərindən tranzitlə daşınan "Boeing" təyyarələri üçün nəzərdə tutulmuş beş ton çəkidə şinləri müsadirə edib.

 


"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, 
bu barədə Polşanın Milli Vergi Administrasiyası məlumat yayıb.

 

Bildirilir ki, sözügedən yüklər Avropa İttifaqının sanksiyalarına düşdüyü üçün saxlanılıb.

 

"Polşanın Koroşin şəhərində yük maşını yoxlanılarkən əməkdaşlar bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə, mülki "Boeing" təyyarələrində istifadə olunan xüsusi şinlərin daşındığını müəyyən ediblər", - deyə məlumatda əlavə edilib.


Yükün göndəricisi İspaniyada yerləşən bir şirkət, alıcısı isə Azərbaycandakı şirkət olub. Aşkarlanmış faktla bağlı gömrük saxtakarlığı maddəsi ilə cinayət işi açılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər