Polşa NATO-nun 4-cü maddəsinin işə salınmasını istəyir
Belarus ərazisindən gələn rus dronlarının ölkənin hava sahəsini pozması ilə əlaqədar NATO Müqaviləsinin 4-cü maddəsini işə salıb.
Mövzu ilə bağlı deputat Elman Nəsirov “İnformator.az”a bildirib ki, Polşa NATO-nun 4-cü maddəsini işə salmaq üçün müraciət etməsində səbəb ondan ibarətdir ki, Rusiya və Belarusiyadan gələn ciddi təhdidlərlə üzləşir:
"Xüsusilə Belarusiyadan gələn dronlar gərginliyi artırır. Məlum olduğu kimi, NATO nizamnaməsinin 4-cü maddəsinə əsasən, əgər NATO ölkələrindən hər hansı biri təhdid ilə üzləşərsə bu zaman NATO ölkələri ciddi məsləhətləşmələrə başlamalıdılar. NATO nizamnaməsinin məhşur 5-ci maddəsinə görə NATO ölkələrindən hər hansı birinə hücum, digər NATO üzvlərinədə hücum kimi qiymətləndirilir. Bu zaman isə birgə tədbirlər görülməyə başlanılır. Bununlada cavab reaksiyası həyata keçirilir. İndiki halda isə NATO və Rusiya arasında gərginliyin elementləri göz qabağındadır və bu xüsusilədə Ukraniya və Rusiya arasındakı münaqişə əsasinda dahada artır. Tərəflər bir-birinə məhz düşmən gözüylə baxır və hər an qıvılcım alova çevrilə bilər. Eyni zamanda bu reallıqda həm Polşanın, həm də Baltik ölkələrin müdafiəsi ilə bağlı yeni yanaşmalar müzakirə predmentinə çevrilib. Yəni elə etməlidir ki, NATO ölkələri potensial təhlükə mənbəyində mübarizəyə hazır vəziyyətdə olmalıdır. Xüsusilə NATO-nun Şərqi Avropadakı üzvlərinin təhlükəsizlik məsələləri ön plana keçir və belə bir mübahisələr var ki, Rusiyanın təzyiq obyekti kimi ilk növbədə Baltik ölkələri və Polşa ola bilər. Onlar zəif həlqədir. Hesab etmək olar ki, hər bir NATO ölkələrinin hərbi büdcələrinin 5%-ə qədər azalması ilə bağlı məsələnin gündəmə gəlməsidə təsadüfi deyildir. Bu onu göstərir ki, 2-ci dünya müharibəsindən sonra ilk dəfədir ki, NATO və Rusiya arasında gərginlik pik nöqtəsinə çatıb. Bu gərginlik ayrı-ayrı hallarda Rusiyanın NATO-nu bu və ya digər dövlətlərilə bu səpkili toqquşmalarıylada xarakterizə olunur. NATO nizamnaməsində 4, lazım gələrsə 5-ci maddəsinin tətbiqi bu artıq qlobal müharibə təhlükəsini artıra bilər. Ona görə də ilk növbədə mümkün qabaqlayıcı addımlar atılmalıdır. Hesab edirəm ki, NATO ölkələri hərbi alyansın üzvləri rəhbər təmsilçiləri bu reallığın fərqindədir".

Fatimə Hüseynli