00:00:00
Yazar
Admin User
23.09.2025 04:47 159 2 dəq oxuma
Siyasət

Polşa təyyarələri səfərbər edir

Polşa təyyarələri səfərbər edir

Rusiya yenə sülh masasında olmaq əvəzinə meydan oxumağı seçib. Polşa hökuməti öz hava məkanının Rusiya NATO sərhədlərinə yaxın ölkələrə təhlükəsizliyi üçün təyyarələrini səfərbər edib, NATO-ya məxsus təyyarələr də ölkəyə qoşulub.

 

Mövzu ilə bağlı politoloq Ramiz Alıyev “İnformator.az”a açılamasında bildirib ki, NATO təyyarələrinin bölgəyə yerləşdirilməsi, münaqişənin NATO-Rusiya qarşıdurmasına çevrilməsi risklərini artırır:

 

“Son günlər Rusiyanın Ukraynaya qarşı yüzlərlə dron və raketlə hücumu, eyni zamanda Polşa hökumətinin öz hava məkanının təhlükəsizliyi üçün təyyarələri səfərbər etməsi və NATO qüvvələrinin prosesə qoşulması, regionda vəziyyəti daha da kəskinləşdirib. Xarici sanksiyalara və iqtisadi təzyiqlərə baxmayaraq, Rusiya bunlara məhəl qoymur. Burada vacib məqam NATO-nun kollektiv müdafiə prinsipləridir. Hazırda atılan addımlar daha çox preventiv xarakter daşıyır, yəni təhdidlərin qarşısının alınması məqsədinə yönəlib. Amma hər hansı təsadüfi insident və ya hava məkanının pozulması real müharibə ehtimalını artırmaq gücünə malikdir. Bu, Avropanın təhlükəsizlik arxitekturası üçün ən böyük riskdir”.


Politoloq eyni zamanda açıqlamasında bildirib ki, hazırkı mərhələdə Rusiyanın hərbi üstünlük əldə etmək cəhdlərindən geri çəkilməsi müşahidə olunmur:

 

“Bu isə yaxın perspektivdə sülh danışıqlarının çətinliyini göstərir.
Nəticə etibarilə, Rusiyanın müharibədə israrlı mövqeyi həm daxili, həm də geosiyasi səbəblərlə bağlıdır. Polşanın reaksiyası NATO-Rusiya qarşıdurması riskini artırsada, hələlik qarşılıqlı çəkindirici tədbir xarakteri daşıyır. Sülhün təmin olunması isə yalnız beynəlxalq diplomatiyanın gücləndirilməsi, qarşılıqlı güzəştlər və real təhlükəsizlik zəmanətləri ilə mümkün ola bilər”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər