00:00:00
Yazar
Admin User
25.11.2025 05:23 104 1 dəq oxuma
Dünya

Polşa Ukraynadakı vəziyyətdən asılı olmayaraq silahlanmağa davam edəcək

Polşa Ukraynadakı vəziyyətdən asılı olmayaraq silahlanmağa davam edəcək

Polşa Ukraynadakı vəziyyətin inkişafından asılı olmayaraq silahlanmanı davam etdirmək niyyətindədir.

 

"İnformator.az" xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.

 

Son vaxtlar Polşa əsasən ABŞ və Cənubi Koreyadan böyük partiya silah və hərbi texnika alır. Gözlənilir ki, ölkənin 2025-ci il hərbi büdcəsi tarixdə rekord göstəriciyə çataraq 46 milyard dollardan (ÜDM-in 4,7 faizi) çox olacaq.

 

"Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı danışıqlardan gələn müsbət siqnallar Polşanın ordunun modernləşdirilməsi üzrə səylərinin məhdudlaşdırılmasına səbəb ola bilməz. Biz hər halda silahlanmalıyıq", – deyə Kosinyak-Kamış jurnalistlərə bildirib.

 

Müdafiə naziri Polşanın müdafiəsinin gücləndirilməsinin vacibliyini xatırladacağını, kiminsə təhlükəsizlik büdcəsini azaltmaq fikrinə düşməməsi üçün bunu daim vurğulayacağını qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər