Polşada NATO obyektlərini izləyən əcnəbi saxlanılıb
Polşanın təhlükəsizlik orqanları bu ölkənin və NATO-nun strateji əhəmiyyətli bir sıra müdafiə obyektlərini izləməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
"İnformator.az" xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
Məlumata görə, Varşava prokurorluğu Belarus vətəndaşı olan həmin şəxsin 2024-cü ilin iyunundan etibarən Polşa, Almaniya və Litvada məlumat topladığını açıqlayıb. Onun kritik infrastruktur obyektlərini və hərbi qurğuları müşahidə etdiyi bildirilir. Həmin obyektlər arasında Polşa və NATO-nun müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən qurumlar da var.
Hazırda istintaq təcridxanasında saxlanılan həmin şəxslə bağlı iş üzrə Polşa, Almaniya və Litvanın hüquq-mühafizə orqanları birgə əməkdaşlıq edirlər.
