Polşada Rusiya və Belarusiyanın təsirini araşdırmaq üçün komissiya yaradılacaq
Polşa Rusiya və Belarusiyanın iddia edilən təsirini araşdırmaq üçün komissiya yaratmağı planlaşdırır. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu baş nazir Donald Tusk deyib.
Tusk bu barədə kəşfiyyat xidmətlərinin əlaqələndirici naziri Tomaş Siemonyakı daxili işlər və administrasiya naziri təyin edərkən bildirib. Baş nazir qeyd edib ki, Semonyak artıq qanun layihəsi hazırlayıb, ona uyğun olaraq komissiya yaradılacaq. O, Rusiya və Belarusun əvvəllər Polşada baş verən hadisələrə təsirini araşdıracaq.
Tusk həmçinin bildirib ki, təyinat mərasimindən sonra eyni mövzuda kəşfiyyat xidmətlərinin idarə heyətinin növbəti iclasında iştirak edəcək. İlk belə görüş mayın 8-də baş tutub. Əsas mövzu Belarusiyaya gedən polşalı hakimlə bağlı qalmaqal olub.
Bundan əvvəl baş nazir Ukraynada NATO qoşunlarının olduğunu etiraf edib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
