00:00:00
Yazar
Admin User
02.06.2025 15:37 131 2 dəq oxuma
Dünya

Polşada seçkidə mühafizəkar Karol Navrotski qalib gəlib

Polşada seçkidə mühafizəkar Karol Navrotski qalib gəlib

Polşada dünən keçirilən prezident seçkilərində qeyri-rəsmi nəticələrə görə mühafizəkar tarixçi Karol Navrotski qalib gəlib.

 

Navrotski səslərin 50,89 faizini, liberal və Avropa İttifaqı (Aİ) tərəfdarı Varşava meri Rafal Tşaskovski isə 49,11 faizini toplayıb. Seçkilərin rəsmi nəticələrinin bu gün açıqlanacağı gözlənilir. İlk çıxış anketindən sonra qələbəsini elan edən Tşaskovski hamının prezidenti olacağına söz verib. Əsas müxalifətdə olan Hüquq və Ədalət Partiyasının namizədi Navrotski isə bazar axşamı çıxışında seçkilərin çox gərgin keçdiyini bildirib. Gecə boyunca qələbə qazanacağıq, fərq çox azdır. Sabah prezident seçildiyim xəbəri ilə oyanacağımıza inanıram",– deyə qeyd edib.
Polşada prezident postu əsasən simvolik xarakter daşıyır.
Prezidentin xarici siyasət və müdafiə siyasəti kimi sahələrdə səlahiyyətləri məhduddur. Lakin Polşa prezidentinin parlamentdən keçən qanunlara veto qoymaq səlahiyyəti var. Baş nazir Donald Tusk-ın Aİ tərəfdarı koalisiya hökuməti isə parlamentdə prezident vetosunu aşacaq çoxluğa malik deyil. Polşanın hazırkı prezidenti Andjey Duda öz səlahiyyətlərindən istifadə edərək Baş nazir Tusk-ın seçki kampaniyasındakı bəzi vədlərini reallaşdırmasının qarşısını alıb.
Tusk-ın yerinə yetirə bilmədiyi vədlər arasında siyasətin məhkəmə sistemi üzərindəki təsirini aradan qaldırmaq və Polşanın sərt abort qanunlarını yumşaltmaq da var.
Əgər Varşava meri Rafal Tşaskovski Polşa prezidenti seçilsəydi, Baş nazir Donald Tusk Aİ tərəfdarı siyasətlərini daha rahat həyata keçirə bilərdi. Lakin Tusk-ın abort hüququ və eynicinsli evliliyə icazə kimi siyasətlərinə koalisiya ortağı olan mühafizəkar Xalq Partiyası da qarşı çıxır.

 

BBC News
Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər