Polşadan Belarusla bağlı növbəti addım
Sərhəd keçidlərindən sonra Polşa Belarus Respublikası ilə dəmir yolu nəqliyyatını da tamamilə bağlayıb.
Mövzu ilə bağlı iqtisadi şərhçi Pərviz Heydərov “informator.az”a açıqlamasında bildirib ki, istənilən ölkələr arasında bu və digər nəqliyyat infrastrukturu sahəsində məhdudiyyətlərin tətbiqi əksər ölkələrin iqtisadiyyatı üçün deyil, ümumiyyətlə ətraf ölkələrin də, ətraf regionların da iqtisadi-ticari dövriyyəsinə ciddi təsir edir:
“Yəni burda konkret olaraq Polşa-Belarusdan söhbət gedirsə nəzərə almalıyıq ki, hər iki ölkə arasında müvafiq nəqliyyat infrastrukturundan alış-verişdən, gediş-gəlişdən, daşınmalardan təkcə bu iki ölkə deyil, hətta uzaq Cənubi Qafqaz özü də belə, elə bizim özümüz, Azərbaycan belə bu və ya digər şirkətlərdən yararlanır. Odur ki, o dəmir yolu sahəsində əlaqələrin kəsilməsi, bu dolayı yolla bir başa olmasada, hətta Cənubi Qafqaza qədər öz mənfi təsirini göstərəcək, amma o ki qaldı iki ölkə arasındakı münasibətlərə, əlbəttə ki, iki ölkə arasındakı iqtisadi-ticari əlaqələr üçün dəmiryolunun bağlanmasının çox böyük mənfi fasadları olacaq”.
Aytac İbrahimova