Polşanın xarici işlər naziri İlon Maska söz atıb
Polşanın xarici işlər naziri Radoslav Sikorski milyarder İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasındakı mübahisəyə reaksiya verib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Polşa diplomatı X sosial şəbəkəsində Maskın vaxtilə onun barəsində işləydiyi ifadəni paylaşıb.
Həmin ifadədə Mask Ukraynanın Starlink peyk rabitə sistemlərinə çıxışının kəsilməsini pisləyən R.Sikorskiyə deyirdi: "Sus, balaca adam. Sən dəyərin (peyk rabitəsi xidmətlərinin - red.) cüzi bir hissəsini ödəyirsən".
Sikorski isə bu dəfə Maska bu sözləri xatırladıb və Trampla mübahisəsini ironiya ilə şərh edib:
"Görürsən, böyük adam, siyasət sən düşündüyündən də mürəkkəbdir".