Pompeo Ukraynanın silah şirkətində işləyəcək
ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dövründə dövlət katibi olmuş Mayk Pompeo “Flaminqo” qanadlı raketini istehsal edən Ukraynanın “Fire Point” şirkətinin məsləhət şurasına qoşulacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Agentliyin məlumatına görə, şirkət “Flaminqo” uzaqmənzilli raketini döyüş meydanında ən azı dörd dəfə uğurla sınaqdan keçirib.
Bildirilib ki, avqustun sonunda FTX-nin Krımın Armyansk şəhərindəki bazasına və ötən həftə Oryol vilayətindəki hədəflərə "Flaminqo" raketi ilə zərbələr endirilib.