Premyer Liqa: “Sabah” səfərdə qələbə qazanıb
Azərbaycanda Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, “Şamaxı” doğma meydan “Sabah” komandasını qəbul edib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda qonaqlar 2:1 hesablı qələbə qazanıb.
“Şirlər”dən Dioqo Banau (58-ci dəqiqədə), “bayquşlar”dan isə Coy-Lens Mikels (1, 76) fərqlənib.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 3 xalla 3-cü, Ayxan Abbasovun komandası isə 1 xalla 9-cu pillədə qərarlaşıb.