00:00:00
Yazar
Admin User
15.05.2025 14:46 239 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlət başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər