00:00:00
Yazar
Admin User
15.10.2025 17:57 264 2 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib

Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş" Azərbaycanın müvafiq qeyd-şərti ilə təsdiq edilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ümumiyyətlə Azərbaycanın beynəlxalq aləmdə və xüsusən də MDB ölkələri ilə sazişlərə qoşulması bir çox yöndən müsbət qiymətləndirilməlidir:

 

“Mahiyyətindən asılı olmayaraq sazişlər ölkələr arasında münasibətlərin inkişafına xidmət edir, habelə siyasi müstəvidə də bir çox üstünlüklər qazandırır. Görünən odur ki, Qarabağın azad edilməsindən sonra Azərbaycana diqqət daha da artıb. MDB ölkələrinin əvvəlki münaqişə səbəbi ilə ehtiyat etdiyi bütün nüanslar aradan qalxıb və artıq Ermənistanla Azərbaycan sülhün rəsmiləşməsi prosesinə doğru sürətlə addımlayır. Münasibətlərin normallaşması zəminində MDB dövlətləri bu cür zəruri sazişlər imzalayırlar.  Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”i Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə təsdiqləyib. Bu onu göstərir ki, MDB ölkələri ilə münasibətlər davamlı və dinamik şəkildə inkişaf edir. Yeni təsdiqlənmiş saziş üzv dövlətlər arasında epidemioloji təhlükəsizlik, profilaktika və fövqəladə vəziyyətlər zamanı qarşılıqlı yardımın gücləndirilməsi məqsədi daşıyır. Epidemioloji və fövqəladə vəziyyətlər zamanı təhlükəsizlik tədbirlərinin görülməsi məsələsini əhatə edən saziş ölkəmiz üçün də əhəmiyyətlidir. Həmçinin sanitariya epidemioloji təhlükəsizlik məsələsi də sazişə daxildir. Göstərilən sahələrin inkişafı, MDB dövlətlərinin təcrübəsini bölüşməsi yönündən də bu sazişin əhəmiyyətli olduğu ortaya çıxır“.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər