00:00:00
Yazar
Admin User
17.11.2025 16:46 131 2 dəq oxuma
Siyasət

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.


Mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan artıq Qafqazın lider dövlət olduğunu sübut edib:

 

“Azərbaycan Prezidenti növbəti uğurlu səfərlərindən birini reallaşdırıb. Daşkənddən dünyaya ciddi mesajlar verib,Türk dünyasına birlik çağırışları edib. Hesab edirəm ki, indiki mərhələdə belə mesajların verilməsi çox vacib idi. Prezident bunları bir-bir sadalayaraq vurğuladı. Eyni zamanda Türk Dövlətləri Təşkilatının önəmi barədə hər zaman olduğu kimi prinsipial çıxışlar etdi. Bu səfərdə Cənub-Qərb dəhlizi ilə bağlı açıqlamalar da diqqət çəkdi.
Bir sözlə, İlham Əliyev daha bir tarixi səfəri uğurla həyata keçirdi. Hazırda Azərbaycan adına əhəmiyyətli proseslər baş verir. Eyni zamanda Mərkəzi Asiya və Qafqaz siyasi münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətlər davam edəcək. Azərbaycan artıq dünyaya özünün necə bir dövlət olduğunu, Qafqazın lider ölkəsi statusunu sübut edib. Səfər həm də Türk Dövlətləri Təşkilatının regional siyasi təsir gücünün artması baxımından əhəmiyyətli töhfələr verə bilər. Artıq təşkilat kifayət qədər ciddi bir quruma çevrilməkdədir və dünya da bunu qəbul edir. Təbii ki, bu prosesdən narahat olan qüvvələr də var, istər regionda bizə qonşu ölkələr, istərsə də dünyanın bir sıra digər dövlətləri. Amma düşünürəm ki, onların narahatlığı heç bir nəticə verməyəcək.
Türk Dövlətləri Təşkilatı, Türkiyə və Azərbaycanın liderliyi ilə daha da irəli gedəcək. Təbii ki, digər üzv ölkələr, Özbəkistan, Qazaxıstan və digərləri də burada mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün önəmi böyükdür və Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün addımları atır.
Azərbaycanla Özbəkistan arasındakı siyasi yaxınlaşma regiondakı digər münasibətlərə də ciddi təsir göstərəcək. Özbəkistan Türk dünyasında sıradan ölkə deyil, strateji mövqeyə və rola sahibdir. Azərbaycan isə bu imkanlardan faydalanır. Eyni zamanda Özbəkistan da Azərbaycanın əhəmiyyətini çox yaxşı anlayır və Qafqazda hansı gücə sahib olduğunu qəbul edir. Azərbaycan Prezidentinin Özbəkistanda yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi diqqət, Özbəkistan xalqının Azərbaycana olan hörmət və dəyərinin göstəricisi idi”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər