Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb
Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Həşim Səhrablı "İnformator.az" a açıqlamasında bildirib ki, Qazaxıstanla olan münasibətlər yüksələn xətlə inkişaf etməkdədir:
"Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərində məqsədi ondan ibarətdir ki, Azərbaycan iki nöqtədə Qazaxıstanla əlaqələrin inkişafına xüsusi önəm verir. Mənim üçün, ən vacib olanı Türk Dövlətləri Təşkilatı nəzdində türk dövlətlərinin həm ikili münasibətlərinin inkişafı, həm də birlik şəklində münasibətlərinin inkişafı üçün yeni mərhələ açmaq vaxtıdır, bunun üzərində çalışmaq vaxtıdır. Azərbaycan Prezidenti də məhz Qazaxıstanla bu nöqtədə əlaqələrə xüsusi önəm verir. Çünki Qazaxıstan və Özbəkistan Türk dünyasında an etibarı ilə istər iqtisadi cəhətdən, istərsə də digər sahələrdə sürətlə inkişaf edən ölkələrə çevrilməkdədir. Və bu ölkələrin sürətli inkişafı davam edərsə, yəni bu inkişaf saxlanılarsa, bu halda bu təkcə həmin ölkələrin deyil, ikili münasibətlər şəkilində və Türk Dövlətləri Təşkilatının nəzdində bütün türk dünyasının da inkişafına töhfə verəcək yeni bir hadisəyə çevrilə bilər.Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyaya ilə bağlı yeni strategiyalar hazırlanması və yeni layihələr təklif etməsi ilə səslənməsi fonunda Cənubi Qafqaz ölkələrinin əsas siması kimi Azərbaycan da Mərkəzi Asiya ölkələrinin əsas simalarından biri kimi bu layihələrdə necə, nə cür iştirak ilə müzakirə etmək və risklər nədir?faydalar nədir? bunu bir yerdə müzakirə edərək daha uyğun nəticələr əldə etməkdən ibarətdir. O ki, qaldı səfərin Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişafına təsirlərinə, ümumiyyətlə, hər bir görüş, qərarların nə olmasından, nə qədər ciddi və ya orta standartlı qərarların qəbul edilməsindən asılı olmayaraq, əgər qarşılıqlı əməkdaşlığı və əlaqələrin genişləndirilməsini nəzərdə tutursa, müzakirələr bu yöndə aparılırsa, istənilən halda bu faydalıdır və dəyərlidir. Azərbaycan və Qazaxıstan münasibətləri isə, xüsusən son illərdə bir çox sahələrdə inkişaf edən xətlə davam edir və bu istiqamət hər iki dövlətin xarici siyasətində əsas prioritet kimi götürülür. Ona görə də Azərbaycan-Qazaxıstan arasındakı münasibətlər və bu son səfər yeni əməkdaşlıq mühitinə keçməyə imkan verəcək, eyni zamanda tərəflərin sadəcə ikili münasibətlər kontekstində müzakirələr apardığı deyil, beynəlxalq siyasətə yanaşmalarının nə olduğunu və beynəlxalq məsələlərdə ortaq maraqlardan necə çıxış etmək lazım olduğunu müzakirə etməsini şərtləndirən bir hadisəyə çevriləcəkdir".
Arzu Poladova
