00:00:00
Yazar
Admin User
22.10.2025 17:55 136 3 dəq oxuma
Siyasət

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb.


Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola salıb.


Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev bildirib ki:


“Azərbaycan Qazaxıstan əlaqələri həm ikitərəfli müstəvidə çox maraqlıdır, eyni zamanda, ümumregional miqyasda təsirinə görə əhəmiyyətlidir. Çünki Azərbaycan Cənubi Qafqazın ən potensiallı və fəal ölkəsidir. Qazaxıstan isə Mərkəzi Asiyanın potensialı, iqtisadiyyatı güclü və müsbət mənada iddialı siyasət aparan ölkəsidir. Bu şəraitdə onların ikisinin əməkdaşlığının, xüsusilə hər zaman fəal və çoxşaxəli olmasının önəmi artır. Onu da əlavə edə bilərik ki, Şərq-Qərb dəhlizi üzərində Çindən başlayan marşrutun son nöqtəsi avropadır və bu gün Avropa da,Çin də öz əlaqələrinin qurulmasında çox etibarlı tranzit məntəqələrə və körpülərə ciddi ehtiyac hiss edirlər. Belə şəraitdə Azərbaycan- Qazaxıstan əməkdaşlığının inkişafı həm iki ölkənin maraqları baxımından qiymətlidir, həm də bölgənin ümumi mənzərəsi və Şərq-Qərb dəhlizinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin Qazaxıstana son səfəri zamanı da iki ölkənin əlaqələrinin inkişafına ciddi təsir göstərən sənədlər və razılaşmalar əldə olunub. Eyni zamanda orta dəhlizin inkişaf etdirilməsi üçün ikitərəfli əməkdaşlıqların gücləndirilməsi məsələsi müzakirə edilib. Qazaxıstanın aktual limanından Bakıya, oradan isə Azərbaycanın çıxış imkanları vasitəsilə həm Qara dəniz üzərindən, həm də Gürcüstan və Türkiyə üzərindən Qərbə nəqliyyat və daşımaların gücləndirilməsi üçün əhəmiyyətli olan müəyyən müzakirələr aparılıb. Çox dəyərlidir ki, İlham Əliyevin Qazaxıstanda müzakirələrinin mühüm istiqaməti orta dəhlizin yeni seqmentlərinin yaradılması ilə bağlı olub. Burada da Zəngəzur dəhlizi ilk nəzərə gələn seqment marşrut sayılır. Çünki Zəngəzur dəhlizinin açılması artıq Qazaxıstanda aparılan müzakirələr də göstərdi ki, təkcə Azərbaycanın marağında olan məsələ deyil, eyni zamanda, Azərbaycanla Qazaxıstan arasında bu məsələnin müzakirə olunması o anlama gəlir ki, Zəngəzur dəhlizinin açılması üzərində Qazaxıstanın da açıq mənafeləri və sözü var. Eyni zamanda Azərbaycan bölgədə sülh gündəminə nə qədər sadiq olduğunu da bir daha nümayiş etdirib. Bu nöqteyi nəzərdən Azərbaycanın üzərindən Ermənistana yük daşımalarına olan 30 ildən çox davam etmiş məhdudiyyətin götürülməsi Azərbaycan üçün çox önəmli və təsirli bir gedişdir. Bu həm ölkənin regional sülh gündəminə nə qədər sadiq olduğunu göstərir, həm Ermənistandan həqiqətən real və nəticəli bir sülh prosesinin içindən keçmək istədiyini göstərir, həm də bölgədə nəqliyyat kommunikasiya sistemlərinin daha da inkişaf etdirilməsi üçün pozitiv təsirlərə malik olduğunu nümayiş etdirir. Qazaxıstanla Azərbaycanın 20 illik strateji tərəfdaşlıq sazişinin böyük məzmunundan danışmaq mümkündür. Məhsul böyük məzmuna söykənərək strateji müttəfiqliyin 20 illiyi ilə bağlı imzalanmış bəyannaməni də xüsusi qeyd etmək etmək lazımdır. Müxtəlif sahələr üzrə, xüsusilə süni intellektin, rəqəmsallaşmanın və müasir texnologiyaların inkişafı sahəsində əməkdaşlıqla əlaqədar iki ölkənin son razılaşmaları da əhəmiyyətlidir. Bir sözlə, Azərbaycan- Qazaxıstan əlaqələri təkcə iki ölkəyə təsir göstərə, nəticələri ilə qiymətləndirilə bilməz. İki ölkənin əməkdaşlığı bütün regional və Avrasiya miqyasında nəticə doğura biləcək hadisədir”.


Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər