Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün vahid geosiyasi regiondur
Mərkəzi Asiya və Azərbaycan bu gün dünyada əhəmiyyəti davamlı olaraq artan vahid geosiyasi və geoiqtisadi regiondur.
"İnformator.az" ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
"Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı əməkdaşlıq sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq dünyada əhəmiyyəti davamlı olaraq artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizin təşəbbüslərini dəstəkləyirik və qlobal və regional xarakterli məsələlərin həllinə dair ümumi yanaşmalar formalaşdırırıq", - deyə o bildirib.
