Prezident onları təltif edib
Azərbaycan ədliyyə orqanları işçiləri təltif edilib.
“İnformator.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Əbilov Adil Fazil oğlu, Muradova Aytən Cahangir qızı, Nəsibov Elçin Rafiq oğlu.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abdullayeva Gültən Ramiz qızı, Abdulov Hakim Abdulhəsən oğlu, Hüseynov Emil Fuqan oğlu, İsayev Oqtay Əli oğlu, Məmmədov Cavid Mirzəbaba oğlu, Məmmədov Yunis Məmməd oğlu, Muradova Mətanət Fadil qızı, Zakirova Leyla Əziz qızı.
