00:00:00
Yazar
Admin User
27.05.2025 18:07 181 1 dəq oxuma
Dünya

Prezident Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək

Əlaqə Başkanı Fəxrəddin Altun, sosial media hesabında etdiyi açıqlamada bunları qeyd edib:

 

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan, Müstəqillik Günü münasibətilə 28 may 2025-ci il tarixində Azərbaycanı ziyarət edəcəklər. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçiriləcək görüşlərdə, iki ölkə münasibətləri ilə yanaşı, aktual regional və qlobal inkişaflar barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur. 

 

Həmçinin Pakistan Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə ‘Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsi’nin 2-ci Toplantısı keçiriləcəkdir. Cənab Prezidentimiz səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək, həmçinin Azərbaycan Müstəqillik Günü mədəniyyət tədbirinə təşrif buyuracaqlar".

 

 

 

TRT Xəbər 

Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər