Prezident Ərdoğan: “Atatürkün təhqir edilməsinə qarşıyıq, milli bayram müzakirələri məqsədlidir”
10 noyabr 2025-ci il - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunda keçirilən anma mərasimində çıxış edib.
Prezident çıxışında Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü və Qurtuluş Savaşına rəhbərlik edən Qazi Məclisinin üzvlərini ehtiramla yad edib. O, Türkiyənin minillik tarixində şəhid və qazilərə minnətdarlığını ifadə edib.
Ərdoğan son günlər milli bayramlarla bağlı aparılan müzakirələri tənqid edərək bildirib ki, bu cür mövzular “cəmiyyətin birliyinə zərbə vurmaq məqsədi daşıyır”.
Prezident qeyd edib ki, Atatürkün ən böyük əsəri olan Türkiyə Cümhuriyyətini qorumaq və gücləndirmək onun mirasına layiq davranmaq deməkdir.
TRT Haber
Aişə Mustafayeva