Prezident Ərdoğan: Biz AB-yə tam üzvlük hədəfimizi saxlayırıq
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Həmfikir Ölkələr Liderlərinin Onlayn Toplantısında çıxış edib. Ərdoğan: "Tam üzvlük hədəfimizi qoruyuruq. Aİ-nin strateji və uzaqgörən bir rəftar göstərməsini və üzvlük müzakirələrimizi canlandırmasını gözləyirik" , - dedi.
Avropa İttifaqının (AB) təşkil etdiyi Həmfikir Ölkə Liderlərinin Onlayn Toplantısına Vahdettin Köşkündən qatılan Prezident Ərdoğan oradakı çıxışında Türkiyə olaraq ilk gündən müharibənin dialoq yolu ilə bitməsi üçün çox sıx və səmimi səylər göstərdiklərini bildirib. Ədalətli sülhdə uduzanların olmayacağını hər fürsətdə açıq şəkildə ifadə etdiklərini qeyd edən prezident Ərdoğan, "Bunu edərkən strateji tərəfdaşımız olan Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini güclü şəkildə dəstəklədik. Bu gün biz ədalətli, daimi və şərəfli bir sülh masası arxasında mübarizə aparan hər iki tərəfin mümkün olduğu qədər möhkəm bir diplomatik zəmin olmasının vacibliyinə diqqət çəkirik” , - deyə danışıb.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva