00:00:00
Yazar
Admin User
14.10.2025 12:55 107 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan: "Kirayə planlaşdırmasını dövlət edəcək"

Prezident Ərdoğan: "Kirayə planlaşdırmasını dövlət edəcək"

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan:

 

“Yüksək səviyyədə davam edən kirayə qiymətləri və mənzil qiymətləri ilə bağlı çox vacib bir layihəni həyata keçiririk. Bundan sonra kirayə məsələsində planlaşdırmanı dövlət həyata keçirəcək,” - deyə bildirib.

 

Prezident və AK Parti Başçısı Rəcəb Tayyib Ərdoğan, AK Parti İqtisadiyyat İşləri Başkanlığı Təhsil Proqramında çıxış edib.

 

Ərdoğanın çıxışından önəmli başlıqlar:

 

“Biz eyni zamanda həm düşünən, həm layihə hazırlayan, həm də hazırladığı layihələri həyata keçirən - yəni sözlərini havada və ya rəfdə saxlamayan bir komandayıq. Yalnız Türkiyəni düşünür, Türkiyənin mənafeləri üçün mübarizə aparır, Türkiyənin gələcəyini qururuq.

 

21-ci əsri Türkiyənin Əsri etmək hədəfinə kilidləndiyimiz bu mərhələdə bu hədəfə aparan yolun kilometrlərini biz döşəyirik”.

 

TRT Haber 

Əlizadə Səadət

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər