Prezident Ərdoğan əla idi, Qəzzada atəşkəslə bağlı həqiqətən çox kömək edib
ABŞ prezidenti Donald Tramp Qəzzada qüvvəyə minən atəşkəsə kömək edən ölkələr arasında Türkiyənin əhəmiyyətini vurğulayaraq, "Prezident Ərdoğan böyük idi, həqiqətən çox kömək etdi. Çünki ona çox hörmət edilir. Çox güclü milləti, çox güclü ordusu var" dedi.
Tramp: Prezident Ərdoğan əla idi, Qəzzada atəşkəslə bağlı həqiqətən çox kömək edib.
ABŞ prezidenti Tramp Qəzzada əldə olunan atəşkəs razılaşması ilə bağlı bu gün keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün Misirə uçarkən jurnalistlərin suallarını cavablandırıb.
Başda Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri olmaqla bir çox fərqli müsəlman ölkəsinin Qəzzada qüvvəyə minən atəşkəsə əhəmiyyətli töhfələr verdiyini qeyd edən Tramp, "Yeri gəlmişkən, Türkiyə də böyük idi. Prezident Ərdoğan böyük idi, həqiqətən də çox kömək etdi. Çünki ona çox hörmət edilir. Çox güclü milləti, çox güclü ordusu var".Tramp jurnalistlərin razılaşdırılmış atəşkəsin qorunub-saxlanamayacağı ilə bağlı suallarına “Müharibə bitdi, müharibə bitdi, başa düşürsünüz?” deyə cavab verib.
Atəşkəs rejiminin qorunub saxlanmasının bir çox səbəbi olduğunu vurğulayan Tramp, "İnsanlar yorulub. Yalnız bu yaxınlarda deyil, əsrlərdir. Düşünürəm ki, hər kəs öz yerini bilir. Bu, İsrail üçün, onun ətrafındakı müsəlman ölkələri üçün, hər kəs üçün çox gözəl olacaq. Düşünürəm ki, belə də qalacaq".
Trt haber
Selcan Xudiyeva