Prezident Ərdoğan Omanda səfərdədir
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər üçün Türk Hava Yollarına (TRK) məxsus təyyarə ilə Körfəz turunun son ölkəsi olan Omanın paytaxtı Maskata gedib.
O, rəsmi mərasimlə Omanın Sultanı Heysəm bin Tariq tərəfindən qarşılanıb.Prezident Rəcəb Tayyib Ərdoğan Körfəz səfəri çərçivəsində ilk olaraq Küveytə səfər edib. Daha sonra Qətərə, indi isə son dayanacağı olan Omana gedib.
Ərdoğanı Oman Sultanlığı hava limanında Oman Sultanı Heytham bin Tarık, Türkiyənin Maskatdakı səfiri Məhəmməd Həkimoğlu və səfirliyin əməkdaşları qarşılayıblar.
TRT XƏBƏR
Arzu Poladova