Prezident Ərdoğan Trampla görüşüb
Prezident Ərdoğan NATO-nun dövlət və hökumət başçıları sammitində iştirak etdiyi Haaqada Donald Trampla görüşüb. Görüş zamanı Ərdoğan İsrail və İran arasında atəşkəs əldə olunmasını alqışlayıb. Prezident Ərdoğan Qəzzadakı humanitar faciənin sona çatması üçün yaxın dialoqun vacibliyini vurğulayıb.
Prezident Ərdoğan və Tramp Hollandiya kralı Willem-Alexander və həyat yoldaşının Haaqada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə qatılan liderlər və onların həyat yoldaşlarının şərəfinə verdiyi nahardan sonra bir araya gəlib.
Görüş Kral Sarayında bağlı qapılar arxasında keçirilib.
Rabitə Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Mənbə: TRT Haber
Zəhra Möhübbətova