Prezident Ərdoğan: “Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalara başlanılıb".
12 noyabr 2025 Ankara – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi təyyarə ilə bağlı açıqlama verib.
Prezident hadisədə 20 hərbçinin şəhid olduğunu qeyd edib və onların ailələrinə başsağlığı verib. O vurğulayıb ki, Türkiyə, Azərbaycan və Gürcüstan hadisənin səbəblərinin aydınlaşdırılması üçün birgə fəaliyyət göstərir.
Ərdoğan vətəndaşları yalan məlumatlara qarşı diqqətli olmağa çağırıb və şəhidlərə Allahdan rəhmət diləyib.
TRT Haber
Aişə Mustafayeva