Prezident Ərdoğan Yunanıstanın Baş naziri Miçotakislə telefonla danışıb
Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Miçotakislə telefon danışığı aparıb.
Prezident Ərdoğan görüş zamanı Yunanıstanın baş naziri Miçotakisi ad günü münasibətilə təbrik edib.
İki lider Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq, dostluq və müttəfiqlik münasibətləri əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə çalışmaq əzmində olduqlarını bir daha vurğuladılar.
Mənbə: a haber
Nərmin Həşimova