Prezident Ərdoğandan İsrailə açıq mesaj
Prezident Rəcəb Tayyib Ərdoğan səfirlərin iftar proqramı çərçivəsində mühüm açıqlamalar verib. Prezident Ərdoğan, Avropa Birliyinə üzvlük prosesinin strateji prioritet olaraq görüldüyünü ifadə edərək, “ Türkiyənin layiq olduğu şəkildə daxil olmadığı bir Avropanın mövcud olması çətinləşir”,- dedi.
Prezident Ərdoğan Ukrayna ilə Rusiya arasında yaşanan hadisələrlə bağlı “Ukraynadakı böhrana həll yolu tapmağa çalışdıq”,-deyib.
Bundan başqa, prezident Ərdoğan Qəzzaya yardımların davam edəcəyini vurğulayaraq, “Heç kimin Qəzzalıları torpaqlarından qovmağa gücü çatmaz”,-dedi.
İsrail rəsmilərinin odla oynadığını vurğulayan prezident Ərdoğan:
"İsrail Müstəqil Fələstin Dövləti qurulmadan istədiyi sülhə nail ola bilməyəcək",-dedi. Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində keçirilən səfirlərlə iftar proqramında mühüm açıqlamalar verib.
İslama qarşı düşmənçilik, qlobal münaqişələr və ticarət müharibələri beynəlxalq sistemi çıxılmaz vəziyyətə sürükləyir. Hərbi və siyasi partlayışlar ola bilər. Qlobal qərar qəbuletmə mexanizmlərinin dünyanın dəyişən şərtlərinə uyğunlaşmasının vaxtıdır. İqtisadi çətinliklərin dərinləşdiyi bir çox ölkələrdə müharibələr hələ də davam edir.
"Biz qurbanlara son qoymağa çalışırıq. Böhran bölgələrinə nəzər saldıqda, biz etnik mənsubiyyətləri və ya inancları deyil, yalnız yardıma ehtiyacı olan insanları görürük. Qəzzada insanlığın vicdanı olmağa çalışdığımız kimi, Ukraynada da eyni hissi yaşayırıq. Biz hesab edirik ki, Ukraynada mümkün həll Rusiya və ya Ukraynasız ola bilməz. İstanbul Prosesi ilə danışıqların mümkün olduğunu göstərdik. Biz Ukrayna böhranının həllini tapmağa çalışdıq. Daimi sülh ancaq ədalətli və şərəfli sülhlə mümkündür.
Mənbə: a haber
Asiman Vəliyeva