Prezident seçkilərində mühafizəkarlar iqtidar partiyasını üstəliyir
Trampın müdaxiləsindən bir neçə gün sonra Hondurasda prezident seçkilərində mühafizəkarlar iqtidar partiyasını üstəliyir.
Hondurasda keçirilən prezident seçkilərində səslərin yarıdan çoxu sayılanda iki mühafizəkar namizəd demək olar ki, bərabər vəziyyətdə idi. İlkin nəticələrə görə, Nasri “Tito” Asfura 40%, Salvador Nasralla isə 39.78% səs alıb. LIBRE partiyasının namizədi Riksi Moncada isə 19.18% səslə geri qalırdı. Tramp seçkidən əvvəl Asfuranı açıq şəkildə dəstəkləyib. Hər iki əsas namizəd nəticələrin hələ aydın olmadığını bildirərək qələbə elan etmirdi. Paytaxtda seçkilərdən sonra gecə sakit keçdi. Asfura paytaxt meri kimi həyata keçirdiyi layihələrlə tanınır. Nasralla isə dördüncü dəfə namizəd olur və əsas vədi korrupsiyaya qarşı mübarizədir. O, nəticələrin sabah daha dəqiq bilinəcəyini deyərək özünə güvən ifadə edib.
Cnn News
Ədilə Hüseynzadə